Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabığı özü qədər faydalı olan heyva    

Ətirli payız meyvəsi olan heyva faydası ilə bir çox dərdin dərmanıdır...

Onun tərkibində pektin, vitaminlər və digər qiymətli nutrientlər var. Bu maddələr mikrobileyhinə, allergiya əleyhinə təsirə malikdir, qan dövranı sisteminin adekvat fəaliyyətini dəstəkləyir və iltihabı aradan qaldırmağa kömək edir. Bu meyvə həm də təbii afrodizyakdır (cinsi istəyi, cinsi fəaliyyəti stimullaşdırır, gücləndirir).

Qeyd edək ki, heyvanın hətta qabığı da bir sıra dərdin dərmanıdır. Bu faydalardan yararlanmaq üçün heyva qabığından təbii bitki çayı hazırlayıb gündə bir stəkan içmək olar (daha çoxu məsləhət görülmür).

Heyva çayının hazırlanması olduqca sadədir: Heyva qabıqlarına üzərini örtəcək qədər su əlavə edin. Üç-dörd mixək əlavə edib qaynamağa qoyun. İstəyə görə darçın çubuqları əlavə etmək olar. Qaynayan qarışığı süzün və limon əlavə edin. Min bir dərdin dərmanı olan çay hazırdır.

İmmuniteti gücləndirir

Tərkibindəki təbii antioksidantlar sayəsində heyva qabıqları zərərli sərbəst radikalları bədəndən çıxarmağa kömək edir. Bundan başqa iltihabın qarşısını alır və ümumi sağlamlığı yaxşılaşdırır.

Ürəyi qoruyur

Heyva qabığından hazırlanan çay stress səviyyəsini azaltmağa kömək edir. Pis xolesterini də aşağı salan heyva qabığı ürək damarlarının tıxanması nəticəsində yarana biləcək ürək xəstəliklərinin qarşısını almağa kömək edir.

Mədəni sakitləşdirir

Heyva qabığının tərkibində mədə və bağırsaqları rahatlaşdıraraq həzmi tənzimləyən liflər var. Bu liflər həm də bağırsaqlardakı sağlamlıq problemlərinin qarşısını alır. Heyva qabığı ilə qəbizlikdən xilas ola bilərsiniz.

Dərini yeniləyir

Heyva qabığı dərini nəmləndirir və yumşaldır. O, həmçinin kollagen istehsalını dəstəkləyərək dərinin cavanlaşmasına kömək edir. Bundan əlavə, heyva qabığı dəridə sızanaq və ləkələrin yaranmasının qarşısını alır.

Poliqon.info

 

Mənbə: Haber Global


Etiket: Heyva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Ən çox oxunanalar